Sumqayıtda yol polisi əməkdaşı idarə etdiyi avtomobili ağaclara çırpıb.
Hadisə şəhərin mərkəzində, Zülfü Hacıyev küçəsində qeydə alınıb.
Sumqayıt Şəhər Polis İdarəsindən bildirilib ki, aprelin 5-də sürücü, 1985-ci il təvəllüdlü İsa Hüseynov özünə məxsus “Priora” markalı avtomobilin idarəetməsini itirərək nəqliyyat vasitəsini yol kənarındakı ağaclara çırpıb. İ. Hüseynov Sumqayıt Dövlət Yol Polisi Şöbəsinin əməkdaşıdır. Toyuqlu pizza
Qəza nəticəsində sürücü və həyat yoldaşı, 1987-ci il təvəllüdlü Fərqiyyə Hüseynova müxtəlif dərəcəli ciddi bədən xəsarətləri alıblar. Yaralılar Respublika Neyrocərrahiyyə Xəstəxanasına çatdırılıblar.
F.Hüseynovanın vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız