Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb.
Yenisabah.az xəbər verir ki, iftar süfrəsində Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Afət Həsənova, şəhid ailələri, qazilər, Çernobıl əlilləri iştirak edib.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək insanlar arasında mənəvi paklığı tərənnüm etdirən müqəddəs Ramazan ayında bütün duaların qəbul olunmasını diləyərək Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edib. pizza hut
Xalqımız tərəfindən milli-mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə və dini mərasimlərimizə xüsusi ehtiramla yanaşıldığını vurğulayan RİH başçısı şəhidlərimizin ailələrinə, qazilərimizə, müharibə iştirakçılarına dövlət qayğısından da danışıb.
Telegram kanalımız