Surət Hüseynovun kürəkəni: Dəqiq bilinmir nə baş verib

saytların hazırlanması

Evə çatdırılma

Surət Hüseynovun kürəkəni: Dəqiq bilinmir nə baş verib

Maraqlı

31 İyul 2023 15:51 1702


"Hələ dəqiq bilinmir nə baş verib".

Yenisabah.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bunu Surət Hüseynovun Kamran adlı kürəkəni bildirib.

Onun sözlərinə görə, Surət Hüseynov hazırda İstanbulda xəstəxanaların birindədir: Dominos pizza

"Onun reanimasiyada olduğu bildirilir. Hələ ki ora gedib çıxan olmayıb. Ona görə də dəqiq heç nə deyə bilmərik. Deyirlər, komaya düşüb".

Surət Hüseynovun kürəkəninin sözlərindən belə anlaşılıb ki, keçmiş baş nazirin səhhəti qəfil pisləşib. Çünki onun səhhətində problemlərin olduğu müşahidə olunmayıb:

"Vallah, bilinmir, qəfil olub, deyəsən. Bir oraya gedək çıxaq, ondan sonra dəqiq nəsə deyərik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!