“Suriya nefti bizimdir, qoy sərhədlə başqaları məşğul olsun“ - Trampdan maraqlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Suriya nefti bizimdir, qoy sərhədlə başqaları məşğul olsun“ - Trampdan maraqlı açıqlama

Dünya

02 Noyabr 2019 14:29 1091


ABŞ-ın Suriya sərhədində patrul fəaliyyəti həyata keçirmək arzusu yoxdur, lakin Vaşinqton ölkənin neft resurslarını nəzarətində saxlamaq niyyətindədir.

"Yeni Sabah" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp deyib:

"Neftə nəzarəti əlimizdə saxlamışıq. Suriya ilə sərhəddə patrul fəaliyyətini başqaları həyata keçirə bilərlər. Türkiyə burada 1000 il savaşıb. Qoy sərhədlə onlar məşğul olsunlar. Biz bununla məşğul olmaq istəmirik, biz əsgərlərimizi vətənə qaytarmaq istəyirik. Amma hərbçilərin bir qismini Suriyada saxlamışıq. Onlar neftə nəzarət edir. Neft mənim xoşuma gəlir, neft bizdədir" Dördpendirli pizza

Tramp ABŞ-ın bundan sonra da kürd qruplaşmaları və Türkiyə ilə qarşılıqlı fəaliyyətini davam etdirəcəyini qey edib

Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 13-də Vaşinqtona səfər edib-etməyəcəyi barədə suala isə, "Prezident Ərdoğan Ağ Evə gəlmək istəyir. Çox yaxşı münasibətimiz var",- deyə cavab verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!