Suriya ordusu İdlibi ələ keçirir

saytların hazırlanması

Evə çatdırılma

Suriya ordusu İdlibi ələ keçirir

Dünya

29 Yanvar 2020 13:09 1342


Ötən həftə müxaliflətin hücumundan sonra əlavə qüvvə cəlb edən Suriya ordusu İdlib vilayətinin ikinci böyük yaşayış məntəqəsi olan Maraat ən-Numanı ələ keçirib.

Eyni zamanda Rusiyanın da dəstək verdiyi bu əməliyyat zamanı ölkəni şimaldan cənuba birləşdirən əsas magistral yol olan M-5 magistralının böyük bir hissəsini ələ keçirib.

İdlibdə sonuncu atəşkəs yanvarın əvvəlində Türkiyə prezidentinin səyi nəticəsində əldə olunmuşdu. Ancaq indi Rusiya tərəfi İdlibdə terrorun fəallaşmasını əsas gətirir. Artıq 500 min İdlib sakini Türkiyə ilə sərhədə axışır. Toyuqlu pizza

İdlibdə əməliyyat Ankara və Moskva arasında münasibətlərə təsir edə bilər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!