Suriya XİN: Hələbdəki əməliyyat etnik azlıqlara qarşı yönəlməyib

saytların hazırlanması

Evə çatdırılma

Suriya XİN: Hələbdəki əməliyyat etnik azlıqlara qarşı yönəlməyib

Dünya

10 Yanvar 2026 20:39 552


Hələbin müəyyən ərazilərində məhdud təhlükəsizlik əməliyyatı hərbi kampaniya deyil və etnik, yaxud da dini azlıqlara qarşı yönəlməyib.

"Yeni Sabah" Oxu.Az-a istinadən xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Bəyanata görə, Suriya hökuməti Hələbin müəyyən ərazilərində qanun və qaydanı təmin etmək üçün məhdud əməliyyat keçirib. Bu tədbirlər kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) koalisiyası ilə əldə edilmiş razılaşmaların dəfələrlə pozulmasından sonra ictimai asayişi bərpa etmək və mülki əhalini qorumaq üçün görülüb. pizza mizza

Xatırladaq ki, 9 yanvar gecəsi Suriya keçid hökumətinin Müdafiə Nazirliyi Hələbdə atəşkəs elan edib. Razılaşmaya əsasən, kürd qüvvələri yalnız şəxsi yüngül silahlarını götürərək Şeyx Məqsud, Əşrəfiyyə və Bəni Zeyd rayonlarını tərk etməli idilər. Suriya ordusu da öz növbəsində onların təhlükəsiz şəkildə geri çəkiləcəyinə zəmanət verib. Lakin bəzi SDQ döyüşçüləri mövqelərini təslim etməkdən imtina edib və atəşkəsi pozaraq hökumət qüvvələrinə atəş açıblar.

Bununla yanaşı, SDQ və PKK-nın yerli qolu olan YPG döyüşçülərinin Suriya hökumət avtobusları ilə Hələbin Şeyx Məqsud məhəlləsini tərk etməsi onların bəzi tərəfdarlarının narazılığına səbəb olub. Etirazçılar Haseke şəhərindəki ABŞ ordusunun bazasına hücum ediblər.

Son məlumatlara görə, kürd koalisiyasının atəşi nəticəsində şəhərdə mülki şəxslər arasında ölənlərin sayı doqquza çatıb və ən azı 55 nəfər yaralanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!