Suriyada döyüşməkdə təqsirləndirilənlər Bakıda məhkəmə qarşısına çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Suriyada döyüşməkdə təqsirləndirilənlər Bakıda məhkəmə qarşısına çıxarıldı

Kriminal

20 Noyabr 2019 13:47 1006


Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan Əfqan Aslanov və Bilal İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki,hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. 

Təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər. Onlar qeyd edib ki, Suriyada olsalar da, qanunsuz silahlı birləşmələrdə iştirak etməyiblər. pizza hut

Məhkəmə prosesi noyabrın 27-də davam edəcək.

İttihama görə, təqsirləndirilən şəxslər 2013-cü ildə Suriyada qanunsuz silahlı birləşmələrin tərkibinə qoşulublar, təlimlərdə iştirak ediblər.

Hər iki şəxs 2019-cu ildə həbs ediliblər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!