Sürücülər üçün vacib xəbər: Bu küçə bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Sürücülər üçün vacib xəbər: Bu küçə bağlandı

Maraqlı

12 Yanvar 2022 09:31 600


Bakı şəhərinin Nərimanov rayonunda Əlicabbar Orucəliyev küçəsində aparılan yenidənqurma işləri çərçivəsində yolda üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri aparılacaq.

Bu barədə Yenisabah.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Qeyd olunub ki, xətlənmə işləri çərçivəsində Ə.Orucəliyev küçəsində yolun hərəkət istiqaməti dəyişdirilərək birtərəfli təşkil olunacaq. Bu səbəbdən həmin küçə nəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti olaraq bağlanıb. pizza sifarişi

Sürücülərə A.Nemətulla küçəsi, A.Molla Cümə küçəsi, İ.Həsənoğlu küçəsi və digər alternativ küçələrdən istifadə etmək tövsiyə olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!