Sürücülərə qar xəbərdarlığı:   Ehtiyatlı olun!

saytların hazırlanması

Evə çatdırılma

Sürücülərə qar xəbərdarlığı: Ehtiyatlı olun!

Sosial

19 Dekabr 2022 13:33 756


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib, yollarda yarana biləcək hər-hansı problemin qısa müddət ərzində aradan qaldırmaq üçün bütün maşın-mexanizm və texnikalar hazır vəziyyətə gətirilib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb. 

Diqqətə çatdırılıb ki, Azərbaycanın rayonlarında dekabrın 19-dan 20-nə keçən gecədən etibarən 21-i gündüzədək hava şəraitinin dəyişəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. pizza hut

Agentlik gözlənilən hava şəraiti ilə əlaqədar olaraq sürücülərdən xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında hərəkətdə olarkən ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını, mövsümə uyğun şinlərdən istifadə etməyi tövsiyyə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!