Sürücülərin DİQQƏTİNƏ: Bakıda bir sıra yollarda işıqforların vaxt planı dəyişdirildi

saytların hazırlanması

Evə çatdırılma

Sürücülərin DİQQƏTİNƏ: Bakıda bir sıra yollarda işıqforların vaxt planı dəyişdirildi

Sosial

07 Fevral 2025 13:24 175


Təmir səbəbindən yaranan nəqliyyat sıxlığını aradan qaldırmaq üçün işıqforların vaxt planı dəyişdirilib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

Bildirilib ki, Nərimanov rayonu, Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında aparılan təmir işləri səbəbindən Damcılı və Ərdəbil küçələrinin Zaur Nudirəliyev küçəsi ilə kəsişməsində nəqliyyat sıxlığı yaranırdı. Dominos pizza

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən sıxlığın qarşısını almaq üçün qeyd olunan kəsişmədə işıqforların yaşıl işığının müddəti 10 saniyə artırılıb. Bununla da nəqliyyat vasitələrinin rahat hərəkəti təmin edilib.

"Aidiyyəti dövlət qurumu tərəfindən aparılan təmir işləri yekunlaşdıqdan sonra, işıqforların vaxt planı əvvəlki vəziyyətinə qaytarılacaq", - deyə müraciətdə qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!