Şuşa, Kəlbəcər və Laçında hava: Duman, yağış, qar...

saytların hazırlanması

Evə çatdırılma

Şuşa, Kəlbəcər və Laçında hava: Duman, yağış, qar...

Sosial

20 Dekabr 2022 11:40 746


Dekabrın 21-i səhərədək Şuşa, Kəlbəcər və Laçında hava şəraitinin yağıntılı olacağı, arabir qar yağacağı, bəzi ərazilərdə intensivləşəcəyi, qərb küləyinin arabir 15-18 m/s-dək güclənəcəyi, çovğun, duman olacağı gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən "Yeni Sabah"a bildirilib ki, havanın temperaturu gecə 10-15° şaxta, gündüz 5-8° şaxta olacaq.

Dekabrın 21-i gündüz, 22-də havanın əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Yollar buz bağlayacaq. Dominos pizza

Dekabrın 20-də arabir qar yağacağı gözlənilir. Bəzi ərazilərdə intensivləşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi 5-10 m/s, bəzi yerlərdə arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu gündüz 3-7° şaxta, axşam 9°-dək şaxta olacaq.

Dekabrın 21-də arabir qar yağacağı, gündüz tədricən kəsiləcəyi, axşama doğru əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi 3-8 m/s təşkil edəcək. Havanın temperaturu gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacaq.

Dekabrın 22-də havanın şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!