Şuşa məktəblərində silsiləvi intellektual yarışlar keçirilib
"Yeni Sabah" xəbər verir ki, 2019-cu ilin mart-aprel aylarında Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Cümhuriyyətin işığında" layihəsi çərçivəsində Şuşa məktəblərində silsiləvi intellektual yarışlar keçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunmuş və milli mövzuda sualları əhatə edən yarışlarda Şuşa məktəbliləri öz bilik və bacarıqlarını nümayiş etdirib. Sonda qaliblər kubok,diplom və medalla təltif olunub.
Telegram kanalımız