Şuşa məscidinə imam təyin olundu - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Şuşa məscidinə imam təyin olundu - FOTO

Maraqlı

01 Sentyabr 2023 16:52 443


Şuşada bərpa və təmir olunmuş Yuxarı Gövhərağa məscidinə (Şuşa cümə məscidi) imam təyin olunub. 

Yenisabah.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan ABŞ-ın Stirlinq Fondunun prezidenti Edvard Rounun rəhbərlik etdiyi nümayəndə heyətinin qəbulu zamanı qonağlara təqdimatında deyib. 

Şeyxülislam A. Paşazadə görüşdə iştirak edən yeni təyinat almış din xadimi - Şuşada bərpa və təmir olunmuş Yuxarı Gövhərağa məscidinin imamı Mirabdulla Həsənlini qonaqlara təqdim edib.  pizza sifarişi

Qeyd edək ki, Yuxarı Gövhər ağa məscidi Şuşa şəhərinin mərkəzi meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir. Məscid ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!