Şuşada ermənilərin atıb getdiyi 19 raket sistemi tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Şuşada ermənilərin atıb getdiyi 19 raket sistemi tapıldı

Maraqlı

08 Noyabr 2021 10:40 844


Erməni hərbi birləşmələrinin Şuşa şəhəri ərazisində atıb qaçmağa məcbur olduğu silah sursatlardan təmizlənməsi üçün Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə nəzarət-profilaktiki tədbirlər görülür. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, son bir il ərzində keçirilən tədbirlərlə xeyli sayda silahlar, partlayıcı maddələr və digər sursatlar aşkar edilib.

Polis əməkdaşları şəhər ərazisindən və ətraf kəndlərdən 5 mina, 31 avtomat, 4 pulemyot, 6 qumbaraatan, 207 qumbara və digər partlayıcı maddələr, 78 müxtəlif növ mərmi, 19 “Foqot” və digər idarə olunan raket sistemləri, 45 mindən artıq müxtəlif çaplı patronlar və başqa sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. pizza mizza

Bundan başqa Şuşa Rayon Polis Şöbəsinin Daşaltı kəndində keçirdyi tədbirlər nəticəsində çəkisi 1 ton 600 kiloqramdan artıq olan 2437 ədəd çətənə bitkisi məhv edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!