Şuşada ilk sahibkarlıq subyekti fəaliyyətə başladı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Şuşada ilk sahibkarlıq subyekti fəaliyyətə başladı - Foto

Rəsmi

19 Dekabr 2020 22:40 1345


Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyəti və şanlı ordumuzun şücaəti sayəsində işğaldan azad olunmuş Şuşa şəhərində ilk çörək və şirniyyat müəssisəsi fəaliyyətə başlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb. 

İstehsal sahəsi və mağazadan ibarət müəssisə işğaldan azad olunmuş Şuşa şəhərində fəaliyyətə başlamış ilk sahibkarlıq subyektidir. “Azcake” MMC-yə məxsus istesal sahəsinin və mağazanın açılmasına dövlət dəstəyi KOBİA tərəfindən təmin edilib. pizza mizza

Belə ki, çörək və şirniyyat məhsullarının istehsalı üçün avadanlıqların alınması və müəssisənin qurulması üçün “Azcake” MMC-yə dövlət dəstəyi göstərilib. İlkin olaraq istehsal sahəsində gündəlik olaraq 8 min ədəd çörək və şirniyyat məhsulları istehsal ediləcək. Hazırda müəssisədə üç nəfər işçi çalışır. Gələcəkdə müəssisə istehsal gücünü və işçi sayını artıracaq.

Burada istehsal olunan çörək və şirniyyat məhsulları hərbçilərimizə pulsuz olaraq verilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!