Şuşada növbəti kütləvi məzarlıq aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Şuşada növbəti kütləvi məzarlıq aşkarlandı

Maraqlı

15 Avqust 2023 15:26 702


Şuşa şəhərində növbəti kütləvi məzarlıq aşkarlanıb.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və müvafiq qurumların əməkdaşları kütləvi məzarlığın aşkarlandığı ərazidədir.

Avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa türməsi ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkarlanıb. pizza mizza

Bundan əvvəl isə iyun ayında Şuşa şəhərində Şuşa türməsinin ərazisində kütləvi məzarlıq aşkar edilib.

İndiyədək isə kütləvi məzarlıqlar Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Şuşa rayonunun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkarlanıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!