Şuşadan ilk birbaşa TV bağlantısı - Video

saytların hazırlanması

Evə çatdırılma

Şuşadan ilk birbaşa TV bağlantısı - Video

Rəsmi

19 Dekabr 2020 20:32 1424


Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə işğaldan azad edilən Şuşa şəhərində bərpa işlərinə başlanılıb.

Yenisabah.az xəbər verir ki, ilk dəfə olaraq Azərbaycan Televiziyası (AzTV) Şuşaya ezam olunmuş əməkdaşı ilə birbaşa bağlantı yaradaraq, şəhərdə görülən işlər haqqında tamaşaçılara məlumat verib.

Jurnalist bildirib ki, işğal müddətində Şuşadakı mədəniyyət abidələrinə zərər dəyib. Eyni zamanda, bir çox tikililər dağıdılıb. pizza sifarişi

Ölkə başçısının göstərişi ilə işğaldan azad edilən şəhərimizdə abadlıq-quruculuq işlərinə başlanılıb. AzTV-nin əməkdaşı diqqətə çatdırıb ki, quruculuq işlərini həyata keçirmək üçün ilkin olaraq 60 nəfərlik işçi heyət yaradılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!