“İkinci Qarabağ müharibəsi nəticəsində 30 illik işğala son qoyulması ilə öz tarixi sahibinə qayıdan ərazilərimizdə əsas prioritetlərdən biri quruculuq və bərpa işlərinə başlanılması oldu”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
O, bildirib ki, Prezident İlham Əliyevin işğaldan azad edilmiş şəhər və rayonlarımıza səfərləri çərçivəsində bu istiqamətdə qarşıya qoyulan vəzifələr, eyni zamanda, səfərdən sonra həmin ərazilərdə bərpa işlərinin aparılması ilə bağlı imzalanan sənədlər də bu torpaqların qısa müddətdə cənnət məkana çevriləcəyindən, yeni regional inkişaf proqramlarının icrasına başlanacağından xəbər verir. Marqarita pizza
“Bu günlərdə dövlət başçısının, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Azərbaycanın işğaldan azad edilmiş mədəniyyət paytaxtı Şuşa şəhərinə səfərləri də yeni həyatın başlanmasını təsdiqləyən bir sıra mühüm məqamlarla yadda qaldı. Füzuli-Şuşa avtomobil yolunun və Füzuli rayonu ərazisində Beynəlxalq Hava Limanının təməlinin qoyulması deyilənlərin təsdiqidir. Füzuli-Şuşa avtomobil yolu müasir standartlara cavab verən dördzolaqlı, bəzi hissələrdə isə altızolaqlı olmaqla bölgənin nəqliyyat-kommunikasiya infrastrukturunun formalaşdırılmasında strateji əhəmiyyət daşıyacaq. Belə ki, Füzuli-Şuşa yolunun yeni işlənmiş layihəsinə körpü və tunellərin inşası daxildir. Yəni, çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə körpü və tunellərin tikintisi nəzərdə tutulur. Yeni yol Füzuli aeroportu ilə əlaqələndiriləcək və bu magistraldan İsa bulağına yeni yol çəkiləcək. Qarabağın döyünən ürəyi kimi dəyərləndirilən Şuşanın əvvəlki gözəlliyi daha da yeniləşdirilmiş şəkildə özünə qaytarılacaq.”
V.Rəhimzadə qeyd edib ki, bu il Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulur: “Artıq ölkə vətəndaşları, həmçinin xarici qonaqlar, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Şuşaya təyyarə ilə rahat gələ biləcəklər.
Bölgədə Füzuli Beynəlxalq Hava Limanından başqa, daha bir beynəlxalq hava limanının inşası da nəzərdə tutulub ki, bu da ya Kəlbəcər, ya da Laçın rayonlarının ərazisində olacaq. Bu ərazilərdə yol infrastrukturunun təkmilləşdirilməsi Azərbaycanın reytinq cədvəlində yerinin daha da yaxşılaşmasına öz müsbət təsirini göstərəcək.
Telegram kanalımız