Şüyüd özünəməxsus kəskin dadına görə çox da sevilməyən bitkilərdəndir. Halbuki onu sevmək üçün səbəblər çoxdur. Amma əminik ki, şüyüdün təsirlərini öyrəndikdə bizimlə razılaşacaq və hər yeməkdə bu şəfalı ləzzətdən istifadə etmək istəyəcəksiniz.
Yenisabah.az şüyüdün faydalarını təqdim edir:
Araşdırmalara görə, bir həftə şüyüd istifadə etmək qısa müddətdə artıq çəkidən xilas olmağa yardım edir. Yeməkdən 15 dəqiqə əvvəl şüyüd yemək uzun müddət toxluq hissi yaradır. Sezar pizza
Şüyüdün tərkibində bol miqdarda fosfor, maqnezium, dəmir, sink, A və C vitaminləri yer alır. Bir dəstə şüyüd gündəlik A vitamini ehtiyacının 43, C vitamini ehtiyacının isə 40 faizini ödəyir.
Şüyüd həm də bağırsaq qazlarını aradan qaldıran təsirə malikdir.
Tərkibindəki B vitamini sayəsində o, yuxusuzluğun qarşısını alır, sakitləşdirici təsir yaradır.
Təbii insulin sayılan bu bitki şəkər xəstələri üçün də çox faydalıdır.
Şüyüd menstruasiya pozulmasında da müsbət təsirə malikdir.
Onun yarpaqları ağız içi infeksiyaları müalicə edir, depressiyanı azaltmağa köməklik göstərir, xolesterini aşağı salır.
Şüyüdün antioksidant və antibakterial xüsusiyyətləri var, bu göyərti bədənin daxilində və ya xaricində baş verən bütün iltihabların və yaraların tez sağalmasına kömək edir.
Telegram kanalımız