Amerika Birləşmiş Ştatlarından (ABŞ) olan məşhur aktyor Arnold Şvartseneqqer evini tərk etməli olub.
“Yeni Sabah” xarici mətbuata istinadən xəbər verir ki, Los Ancelesdə baş verən yanğln səbəbilə insanlar evlərindən təxliyə ediliblər. Onların arasında məşhur basketbolçu Lebron Ceyms, aktyor Arnold Şvartseneqqer, həmçinin Rayan Filipp də olub.
A.Şvartseneqqer evindən təxliyə edildikdən sonra bu haqda sosial şəbəkədə yazıb. O, yanğınsöndürənlərə də təşəkkür etməyi unutmayıb: pizza sifarişi
"Əgər eviniz təxliyə zonasına düşübsə, buna ciddi yanaşın... Mən Kaliforniya sakinlərini qorumaq üçün özlərini təhlükəyə atan dünyanın ən yaxşı yanğınsöndürənlərinə minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, ötən həftədən etibarən bütün Kaliforniyanı ağuşuna alan meşə və təbiət yanğınları üzündən qubernator fövqəladə vəziyyət tətbiq etdiklərini açıqlamışdı. Ştatın 43 dairəsində qırmızı təhlükə elan edilib.


Telegram kanalımız