Tahir İmanov vəhhabi olması iddialarına ilk dəfə cavab verdi -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Tahir İmanov vəhhabi olması iddialarına ilk dəfə cavab verdi - VİDEO

Sosial

09 Mart 2026 18:02 8709


Əməkdar artist Tahir İmanov vəhhabi olması haqqında iddialara ilk dəfə münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, o, bu barədə “Planet Parni iz Baku”nun sosial media hesabında paylaşım edib.

Aktyor onun dini mənsubiyyəti ilə bağlı açıqlama verən, yazı yazan şəxslərdən narazlıq edib: Marqarita pizza

“Mənim ailəmin şəxi həyatına daxil olmayın. Hələ mənə müxtəlif ləqəblər də qoşursunuz. Baxmayaraq ki, bizim dində qanun baxımından azadlıqdır. Yazırsınız ki, Tahirin dini təriqəti belədir, elədir. Şükür Allaha mən müsəlmanam. Heç kimə ləqəb qoşmuram. Mənim üçün İslamda olan hər bir qardaş, bacı müsəlmandır. Sizlərdən fərqli olaraq, insanları təriqətlərə bölmürəm. Bizim şəxsi həyatımıza qarışmayın”.

Qeyd edək ki, mərhum Əməkdar artist Cabir İmanovun vəfatından sonra sosial mediada onun qardaşı Tahir İmanovun vəhhabi olması haqqında iddialar yayılmışdı.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!