“Taliban” bu dəfə kişilərə qadağalar qoydu 

saytların hazırlanması

Evə çatdırılma

“Taliban” bu dəfə kişilərə qadağalar qoydu 

Dünya

25 Sentyabr 2024 09:54 425


Əfqanıstanda hakimiyyətdə olan "Taliban" hərəkatı kişilərə cins şalvar geyinməyi və fərqli saç düzümünü qadağan edib. 

Yenisabah.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. 

Nəşr qeyd edir ki, yeni qanunlar avqustun sonunda qəbul edilib. Onların məqsədi xarici görünüş və davranış baxımından qeyri-müsəlmanların təqlidini qadağan etməkdir.  pizza mizza

Əfqan kişilərinə cins şalvar və fərqli saç düzümü qadağası ilə yanaşı, saqqallarını yumruqlarından qısa kəsdirmək, arvadlarından və ya qohumlarından başqa qadınlara baxmaq da qadağan olunub. Yerli sakinlər yeni məhdudiyyətləri gözlənilməz sürpriz kimi qiymətləndiriblər. 

Qeyd edək ki, cari ilin avqustunda "Taliban" hərəkatı qadınların kişilərə baxmasını, ictimai yerlərdə və evlərində yüksək səslə danışmasını qadağan edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!