Ötən gün Tehranda keçirilən Beynəlxalq İslam Birliyi Konfransında İranın dövlət himninə hörmətlə yanaşmayan "Taliban" nümayəndəsi üzr istəyib.
Yenisabah.az xəbər verir ki, o bu niyyətinin olmadığını bildirib: "İran xalqı inciyibsə, üzr istəyirəm".
Xatırladaq ki, İran prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Həsən Kazemi Qumi Tehranda keçirilən İslam Birliyi Konfransında "Taliban" nümayəndəsinin İranın dövlət himninə hörmət etməməsinə reaksiya verib. pizza hut
O, sosial şəbəkə səhifəsində yazıb: “Musiqinin ifasını qadağan etmə bəhanəsi ilə diplomatik prinsiplərə hörmətsizlik, bunu şəriət prinsipləri ilə izah etmənin heç bir mənası və presedenti yoxdur. Elədirsə, dinləməyi də qadağalara daxil etsəniz yaxşı olar".
Telegram kanalımız