“Taliban”da ciddi parçalanma:   Bir illik araşdırma təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

“Taliban”da ciddi parçalanma: Bir illik araşdırma təsdiqlədi

Dünya

27 Yanvar 2026 11:41 766


Əfqanıstanda hakim qüvvə olan “Taliban” hərəkatının rəhbərliyində ciddi parçalanmanın yarandığı üzə çıxıb.

“Yeni Sabah” xəbər verir ki, təşkilatdaxili fikir ayrılıqlarını BBC araşdırıb.

Bir il davam edən araşdırma nətcəsində “Taliban” rəhbərliyində Əfqanıstan üçün çox fərqli baxışlara malik iki ayrı qrupun mövcud olduğu təsdiqini tapıb. Onlardan biri Qəndəharda yerləşən Ali Lider Hibətullah Axundzadənin ətrafında birləşib. Bu qrup sərt İslam qaydalarına əməl edən hökumətin qurulmasının tərəfdarlarından ibarətdir. Pepperoni pizza

Digər qrup isə Kabildə mərkəzləşib və dərin mühafizəkar olsalar da, iddia edirlər ki, qızların təhsilinə qoyulan qadağa hökumətə baha başa gələ bilər. Onilliklər boyu qrupun ən böyük gücü birmənalı şəkildə yeganə liderə tabe olmağa əsaslanan birliyində idi. Lakin birdən-birə bu vahid cəbhə çat verib.

Sentyabr ayında H.Axundzadə Əfqanıstanın internet və telefon şəbəkələrini söndürtdürüb, 3 gün sonra Kabil qrupu bu qərarı ləğv edərək interneti yenidən aktivləşdirib. Bu görünməmiş bir hal idi.

Daxili mənbədən verilən məlumata görə, mütləq itaət üzərində qurulmuş bir hərəkat üçün bu, açıq itaətsizlik və açıq üsyan kimi qiymətləndirilir.

İlhamə Qasımlı

 Kabil qrupunun lideri Sirajuddin Haqqani 

 Ali Lider Hibətullah Axundzadə

 Kabil qrupunun lideri Məhəmməd Yaqub  

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!