Talıbovlar bu oteli necə ələ keçirib?

saytların hazırlanması

Evə çatdırılma

Talıbovlar bu oteli necə ələ keçirib?

Sosial

20 Dekabr 2022 09:09 14623


Talıbovlar ailəsinin cüzi qiymətə özəlləşdirib öz təsərrüfatlarına qatdığı dövlət obyektlərindən biri də "Avtovağzal Otel"dir.

Bu barədə məlumatı əslən Naxçıvandan olan ekspert Heydər Oğuz öz mənbələrinə istinadla paylaşıb.

O bildirib ki, otel 2016-cı ilə qədər dövlətin nəzarətində və balansında olub: Sezar pizza

"2016-cı ildə otel "Nəqşicahan holdinq"in mülkiyyətinə daxil olub. Otelin hansı qiymətə hərraca çıxarıldığını isə bilən yoxdur".

Ekspert analoji "özəlləşmənin" Diaqnostika Mərkəzinə də aid edildiyini vurğulayıb:

"Bu mərkəz 100 min manata özəlləşdirilmişdi. Yəqin ki, otel bundan daha aşağı qiymətə mənimsənilib".

Qeyd edilib ki, otellə bərabər, ətrafındakı 15 mağaza da özəlləşdirilib:

"Mənbənin sözlərinə görə, bu obyektlərin təkcə 2022-ci ildə 458 min 350 manatlıq dövriyyəsi olub və gəlirlər vergidən yayındırılıb".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!