Talıbovlar evdən çölə çıxmır

saytların hazırlanması

Evə çatdırılma

Talıbovlar evdən çölə çıxmır

Rəsmi

12 Yanvar 2023 17:00 1720


"Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbov anadan olduğu Şərur rayonunun Aralıq kəndidə yaşamır. Naxçıvandakı malikanəsini bircə dəfə tərk edərək Aralığa gəlib və həmin gün də qayıdıb".

Bunu Lent.az-a Naxçıvandakı mənbə bildirib. Mənbənin dediyinə görə, oğlu Rza Talıbov istisna olmaqla Talıbovlar ailəsi məhz malikanədə qalırlar.

Talıbovun məlum istefasından sonra Naxçıvanda bəzi müsbət yeniliklər qeydə alınıb. Mənbə deyir ki, artıq minik avtomobili olan hər kəs taksiçiliklə məşğul ola bilər. Bundan başqa, əgər indiyədək muxtar bölgəyə köhnə maşınların gətirilməsinə qadağa vardısa, indi bu məhdudiyyətlər aradan qalxıb.  Dominos pizza

Həmçinin, Bakıdan gələn məhsullar üçün tətbiq edilən əcaib rüsumlar da yığışdırılıb.

Bununla belə, Türkiyə və İranla gömrük-keçid məntəqələrində bəzi məhduddiyyətlər qoyulub. 

Mənbə deyir ki, neçə illərdən sonra bu həftə ilk dəfə Naxçıvan televiziyasında sosial mövzuda tənqidi material yayımlanıb. Süjet bölgədə internetin zəif olmasında bəhs edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!