Talıbovlara bağlı daha bir şirkət ləğv olunur

saytların hazırlanması

Evə çatdırılma

Talıbovlara bağlı daha bir şirkət ləğv olunur

İqtisadiyyat

30 Oktyabr 2024 09:55 916


"Mest-8” MMC (VÖEN – 0201411191) ləğv olunduğunu elan edir.

Yeniavaz.com xəbər verir ki, ləğvetmə elanında kreditorlardan iki ay ərzində tələblərini Naxçıvan şəhəri, Heydər Əliyev küçəsi, ev 18, mənzil 26 ünvanına bildirmələri istənilir.

Qeyd edək ki, "Mest-8” MMC 2023-cü ilin martın 13-də dövlət qeydiyyatına alınıb. Toyuqlu pizza

Şirkətin nizamnamə kapitalı 50 min manatdır və qanuni təmsilçisi Xəlilova Sədaqət Səfər qızıdır.

Onu da bildirək ki, "Mest-8” MMC dövlət qeydiyyatına alınan zaman nizamnamə kapitalı 500 min manat, qanuni təmsilçisi isə Əliyev Qadir Neyman oğlu olub.

Bu şirkətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olması ilə bağlı mətbuatda çoxsaylı yazılar yayımlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!