Tarixi TANAP açılışı - Video

saytların hazırlanması

Evə çatdırılma

Tarixi TANAP açılışı - Video

İqtisadiyyat

30 Noyabr 2019 12:34 1197


Trans Anadolu Qaz Boru Xəttinin (TANAP) Avropaya bağlanması Türkiyənin İspala rayonunda təşkil olunan mərasimlə gerçəkləşdiriləcək.

"Yeni Sabah" xəbər verir ki, rayonun Sarıcaəli kəndində yerləşən TANAP MS4 Ölçüm Stansiyasında başlayacaq mərasimə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın qatılması gözlənilir.

Bundan başqa, mərasimə Türkiyənin Enerji və Təbii Qaynaqlar naziri Fatih Dönməz və əlaqədar ölkələrin energetika nazirləri qatılacaq. Pepperoni pizza

Yeddi milyard dollar investisiya yatırılmış TANAP sabah Yunanıstan sərhədindəki Trans Adriatik Boru Xətti (TAP) vasitəsilə Avropaya bağlanacaq. Avropa qismindən isə TAP üzərindən qaz nəqlinə başlanılacaq. /oxu.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!