“TANAP ölkələrimiz arasında köklü dostluğun simvoludur“ - Ərdoğan - Video

saytların hazırlanması

Evə çatdırılma

“TANAP ölkələrimiz arasında köklü dostluğun simvoludur“ - Ərdoğan - Video

İqtisadiyyat

30 Noyabr 2019 14:50 1207


Tarixi bir ana şahidlik edirik. Yeddi il yarımlıq bir prosesi müvəffəqiyyətlə taclandırmağın qürurunu yaşayırıq.

"Yeni Sabah" xəbər verir ki, bunu Türkiyənin Ədirnə vilayətinin İpsala rayonunda TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılış mərasimində çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb TAyyib Ərdoğan dilə gətirib.

Prezident bildirib ki, bu, bir həmrəylikdir və bu həmrəyliyin adı sülhdür: pizza sifarişi

“Bu layihə ölkələrimiz arasında köklü dostluğun simvoludur. Regional və sülh layihəsidir. Layihənin müvəffəqiyyət qazanmasında istehsalçı, tranzit və isteklakçı ölkələr arasındakı əməkdaşlıq kilid rolu oynadı.

Dəyərli qardaşım Əliyevin maraq göstərməsi, Gürcüstan rəhbərliyinin əməkdaşlığı ilə TANAP-ı bugünkü mərhələyə gətirdik. Bu gün birlikdə sərf olunan əməyin boşa getmədiyini görürük”.

Ərdoğan vurğulayıb ki, bu gündən Azərbaycan qazı Türkiyə üzərindən 20 vilayət, 67 rayon və 600 kənddən keçərək, Avropanın qapısına çatıb:

“16 milyon kubmetrlik Azərbaycan qazının Türkiyədən keçib Avropaya çatması xəyalı artıq gerçəyə çevrilib”. /oxu.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!