Məşhur ABŞ teatr və kino aktyoru, komik Orson Bin vəfat edib.
"Yeni Sabah" xarici KİV-nə istinadən xəbər verir ki, aktyorun ölüm səbəbi maşın vurmasıdır.
Məlumata görə hadisə Los-Ancelesin Venis rayonunda baş verib. 91 yaşlı aktyor hadisə yerində vəfat edib. pizza mizza
Bin 100-ə yaxın film və seriala çəkilib. Onların arasında “Qətlin anatomiyası”, “Mən sizin ananızla necə tanış oldum”, “Con Malkoviç olmaq”, “Daxili məkan” kimi ekran əsərləri var.
Telegram kanalımız