Nyu-York ştatının Ali Məhkəməsi seksual zorakılığa görə Hollivudun 67 yaşlı prodüseri Harvi Vaynşteynə 23 il həbs cəzası verib.
"Yeni Sabah" xəbər verir ki, prodüser bir qədər əvvəl ürək əməliyyatı keçirdiyi üçün məhkəmə zalına əlil arabasında gətirilib və qolu qandallanıb.
Xatırladaq ki, Harvinin ətrafında qalmaqallı söz-söhbət 2017-ci ildə yayılmağa başlayıb. 80-ə yaxın qadın seksual zorakılıq ittihamı ilə prodüserə qarşı məhkəmə işi qaldırıb. Onların arasında Ancelina Coli, Uma Turman, Eşli Cadd, Cessika Man kimi məşhurlar da var. Pepperoni pizza
Telegram kanalımız