Tanışını döyən şəxsə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Tanışını döyən şəxsə hökm oxundu

Kriminal

08 Avqust 2025 09:36 268


Qaradağ Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən İqbal Muğalovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Yenisabah.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şəfa Dadaşovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib. pizza

İttihama görə, hadisə 8 iyul 2025-ci il tarixdə, saat 21:00-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, İqbal Muğalov tanışı, zərərçəkmiş İkram Məmmədovla (adı, soyadı şərtidir) şəxsi münasibətlər zəminində mübahisə edib. Bu zaman o, əli ilə tanışının sifət nahiyəsinə vuraraq ona sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirib.

Hadisədən sonra İqbal Muğalov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxs təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş zərərin tamamilə ödənildiyini, ondan şikayət və tələbinin olmadığını bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!