“Tanrı mənə xoşbəxtlik verib, sonra da əlimdən alıb“   - Flora Kərimova

saytların hazırlanması

Evə çatdırılma

“Tanrı mənə xoşbəxtlik verib, sonra da əlimdən alıb“ - Flora Kərimova

Mədəniyyət

16 Aprel 2021 15:42 1190


"Sənətim sadəcə səsimə bədbəxtçilik gətirdi. Səsim bədbəxt oldu. Bu səs dünyada səslənməliydi. Səsim başıma bəla oldu. Mənim azadlığımı əlimdən almaq istəyənlərə zəhərlə cavab verirdim”.

Yenisabah.az xəbər verir ki, bu sözlər Xalq artisti Flora Kərimova kulis.az-a müsahibəsi zamanı deyib.

Sənətçi səsinin başına bəla olduğunu deyib: Dominos pizza

 “Səsimə, dilimə, dönməz xasiyyətimə görə düşmən qazandım. Bir vətəndaş kimi xoşbəxtəm. Yoxluğumda bilirəm ki, ruhum söyülməyəcək, ağlayanım olacaq.

 Allahın məndən inciməyə, məni cəzalandırmağa ixtiyarı yoxdur. O, mənə qismət verəndə, özü o cəzadan özünü məhrum elədi. Bircə xasiyyəti yazmadı mənə. O xasiyyəti mənə vermədi. Xəyallara dalmaq. Çox realist insanam. Xəyallarla, ümidlərlə, inamla özüm-özümü aldatmıram. Mən heç kimə inanmıram”.

Xanım sənətçi Tanrının hər zaman ona əzab verdiyini qeyd edib:

“Mənim utanılacaq bir addımım olmayıb. Əgər utanmaq dərəcəsində yaşasaydım, ev xanımı olmazdım. Mən ana olmazdım. Onda övladlarım başıaşağı gəzərdi. Həmişə azərbaycanlı qadını olduğumu düşünmüşəm. Millətimi düşünən qadın olmuşam. Özümü həmişə basqı altında yaşatmışam. Allah eləməsin, sabah sizin ünvanınıza nalayiq söz desəm, elə bil, azərbaycanlı qadınını alçaltmışam. Bizə təkcə özümüz baxmırıq. Düşmən də bizə baxır. Əgər bir xalq sənətkarını ədəbsizcə müzakirə edib, təhqirlər yazırsa, o xalq deyil. O, kütlədir. Kütlə isə xalq ola bilməz.  Mənim şəxsi həyatımda əzabım olmayıb. Həyat yoldaşı kimi mənə həmişə hörmət qoyulub. Mənim qismətimdə əzab verən Yaradan olub. Xoşbəxtliyi verib, sonra o xoşbəxtliyi hər dəfə ölümlə əlimdən alıb. Qismətlərimi məndən ölüm aldı. Mən dəfələrlə ailə qurmuşam. Oxumağa da vaxt tapmışam, tankın qabağına da çıxmışam, tabut arxasınca da getmişəm. Mənim taleyim belə olub”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!