Tarixdə bu gün hansı hadisələr baş verib?
Yenisabah.az noyabrın 16-da baş verən ən mühüm hadisələrin xronologiyasını təqdim edir:
1869 - Süveyş kanalı formal olaraq açılıb. Sezar pizza
1918 - Macarıstan müstəqilliyini elan edib.
1918 - Azərbaycan Demokratik Respublikasının xarici işlər naziri Əlimərdan bəy Topçubaşov İstanbulda İran səfiri Mirzə Mahmud xanla görüşüb.
1920 - Stalin Leninə teleqramında “Bakını fəal müdafiə yolu ilə təsadüflərdən qorumaq üçün ən azı 5 diviziya lazımdır... əks halda düşmən ilk hücumdaca Yelizavetpolu tutaraq 18-ci ildəkinə bənzər Azərbaycan burjua hökuməti yaratmaq imkanı əldə edəcək” - deyə xəbərdarlıq edib.
1921 - Azərbaycan SSR MİK Rəyasət Heyəti “Zaqafqaziya respublikalarının vahid federativ ittifaqda birləşdirilməsi prinsip etibarilə təxirəsalınmaz zərurət sayılması barədə” qərar verib.
1933 - Amerika Birləşmiş Ştatları ilə SSRİ diplomatik əlaqələr qurub.
1945 - Amerisium (atom nömrəsi 95) və kürium (96) kimyəvi elementlərinin alınması rəsmən elan edilib.
1988 - Estoniya SSR Ali Soveti respublikanın suverenliyi haqda qərar qəbul edib.
1994 - Azərbaycan Respublikası ilə Əfqanıstan arasınfa diplomatik əlaqələr qurulub.
Telegram kanalımız