Tarixdə bu gün - Necə yadda qalıb?

saytların hazırlanması

Evə çatdırılma

Tarixdə bu gün - Necə yadda qalıb?

Maraqlı

18 Fevral 2021 10:02 649


Tarixdə bu gün hansı hadisələr baş verib?

Yenisabah.az fevralın 18-də baş verən ən mühüm hadisələrin xronlogiyasını təqdim edir:

1451 - Fateh Sultan Mehmet ikinci dəfə taxta çıxıb. pizza mizza

1855 - II Aleksandr Rusiya İmperiyasının imperatoru olub.

1952 - Türkiyə ilə Yunanıstan NATO üzvlüyünə qəbul olunublar. Kipr və Egey dənizi məsələlərində aralarında mübahisə olan iki dövlətin eyni vaxtda alyansa qəbulu NATO-nun prinsipial mövqeyi idi.

1965 - Böyük Britaniyanın Afrikadakı müstəmləkəsi olan Qambiya dövlət müstəqilliyini elan edib.

1990 - Erməni terrorçularının Yevlax-Laçın yolunun 105-ci km-də "Şuşa-Bakı" marşrutu ilə hərəkət edən avtobusu partlatması nəticəsində çox sayda insan həlak olub.

2004 - İranda kimyəvi maddələr daşıyan qatarın partlaması nəticəsində 5 kənd dağılmış, 320 nəfər adam həlak olub.

2009 - "Bakı İslam mədəniyyətinin paytaxtı – 2009" tədbirlərinin təntənəli açılışı olub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!