"Yeni Müsavat" Media Qrupunu rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu ilin son "Canlı Debat"ında Sevinc Telmanqızının qonağı olub. O, yayım zamanı gündəmdə olan bir sıra məsələlərlə bağlı fikirlərini də bölüşüb.
Yenisabah.az xəbər verir ki, jurnalist verilişdə sabiq XİN başçısı Elmar Məmmədyarovla bağlı məqama da toxunub. Rauf Arifoğlu keçmiş nazirin işə tanışlıqla adam götürdüyünə dair açıqlamasını sərt üslubda qınayıb: "Tarixdə belə avam, gerizəkalı diplomat olmayıb. Adam elədyini heç olmasa gizlədə də bilmir. İndi özünüz təsəvvür edin ki, bu adam ermənilərə hansı sirlərimizi verib..."
"Yeni Müsavat" Media Qrupunu rəhbəri E.Məmmədyarovun məlum açıqlamasını "qanmazlıq" adlandırıb. O, Xarici işlər naziri Ceyhun Bayramovun Təhsil Nazirliyindən XİN-ə məhz Elmar Məmmədyarovun mafiyasını dağıtmaq üçün gətirildiyini iddia edib. Əməkdar jurnalist Prezident İlham Əliyevin, XİN başçısı Ceyhun Bayramovun və Prezidentin köməkçisi Hikmət Hacıyevin sayəsində Azərbaycanın uğurlu xarici siyasət kursu həyata keçirdiyini bildirib. pizza mizza
Həmin görünrüləri təqdim edirik:
Telegram kanalımız