Qızıl qiymətləri Cümə günü günortadan sonra qlobal iqtisadi görünüş və dolların ucuzlaşması ilə bağlı narahatlıqlar fonunda yüksəlişini davam etdirib.
Yenisabah.az xəbər verir ki, "Comex" birjasında iyun ayı qızıl fyuçersləri 2,2% bahalaşaraq 1 troya unsiyası üçün 3246,2 dollar təşkil edib. Daha əvvəl ticarətdə bir unsiya 3255,9 dollara başa gəlib ki, bu da tarixdə rekord göstəricidir.
Spot bazarda kotirovkalar bir unsiya üçün 3 234 dollara çatıb. Marqarita pizza
Ucuz dollar qızılı digər valyuta sahibləri üçün daha cəlbedici edir.
Bu həftənin əvvəlində ABŞ əksər ölkələrlə tariflərlə bağlı mövqeyini yumşaldaraq, ikitərəfli ticarət problemlərini həll etmək üçün danışıqlar aparmaq naminə onlara 90 gün vaxt verib. Eyni zamanda, Çin üçün rüsumlar 145%-ə yüksəldilib. Çin cavab olaraq Amerika mallarına tarifləri 125%-ə qaldırıb.
Analitiklərin fikrincə, dünyanın iki ən böyük iqtisadiyyatı arasında ticarət münaqişəsinin kəskinləşməsi qlobal resessiyaya səbəb ola bilər. Belə şəraitdə investorlar qızıl da daxil olmaqla təhlükəsiz sığınacaq aktivlərinə artan maraq göstərirlər.
"UBS" analitiki Covanni Staunovo bildirib: "İnanırıq ki, qızıl qiyməi artmağa davam edəcək və əlverişli ssenaridə qiymətlər yaxın aylarda bir unsiya üçün 3400-3500 dollara qədər yüksələ bilər".
Telegram kanalımız