Tarixi bina  28 manata satıldı

saytların hazırlanması

Evə çatdırılma

Tarixi bina 28 manata satıldı

Dünya

25 Yanvar 2026 17:47 781


Belarusun Qlubokoye şəhərində Napoleonun bir müddət qaldığı keçmiş Karmelit monastır kompleksinin binası satılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "RİA Novosti" Belarus Universal Əmtəə Birjasının “BUTB-Əmlak” elektron ticarət platformasına istinadən məlumat yayıb.

Tarixi-mədəni dəyərə malik bina simvolik qiymətə, 47,25 Belarus rubluna (təxminən 28,38 manat) satılıb. pizza hut

Lotun dəyərindən əlavə, binanı alan yeganə iddiaçı hərrac qaydalarına əsasən məbləğin 5 faizini də ödəyib. Yeni sahib bir ay ərzində mühafizə öhdəliklərini imzalamalı, satınalmadan sonra bir il ərzində isə təmir və bərpa işləri aparmaq üçün Mədəniyyət Nazirliyindən müvafiq icazə almalıdır. /Bizim.media


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!