Tavukçunun Azərbaycandan çıxışına qadağa qoyuldu - İnsan alverində günahlandırılır

saytların hazırlanması

Evə çatdırılma

Tavukçunun Azərbaycandan çıxışına qadağa qoyuldu - İnsan alverində günahlandırılır

Kriminal

11 Mart 2020 10:56 409


İnsan alverində təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəzaya məhkum edilən Türkiyə vətəndaşı Gökhan Tavukçu ölkədən çıxmasına icazə verilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə müraciət edib.

“Yenisabah”ın məlumatına görə, ötən gün hakim Elçin Xasməmmədovun sədrliyi ilə ərizəyə baxılıb və şikayət təmin olunmayıb. 

Xatırladaq ki, Türkiyə vətəndaşı Gökhan Tavukçu insan alverində təqsirli bilindiyinə görə, 26 dekabr 2018-ci il tarixində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Sonra isə Tavukçu Gökhan Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 7 il 5 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib və CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəzası 2 il sınaq müddəti ilə şərti hesab edilib. pizza mizza

Azər İsrafilov

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!