Tbilisidə 18 oktyabra həsr olunmuş marafon keçirilir

saytların hazırlanması

Evə çatdırılma

Tbilisidə 18 oktyabra həsr olunmuş marafon keçirilir

Maraqlı

17 Oktyabr 2021 11:42 777


Tbilisidə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Gününün 30 illiyinə həsr olunan marafon keçirilir.

Yenisabah.az xəbər verir ki, marafon Azərbaycanın Gürcüstandakı səfirliyi, SOCAR-ın Gürcüstandakı nümayəndəliyi, Azərbaycanlı İş Adamları Assosiasiyası (AZEBI), Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Xırdalan Musiqi Məktəbi, Bakı Marafon Klubu, Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi (GAİB) və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə birlikdə təşkil olunub.

Oktyabrın 17-də saat 10:00-da Tbilisi şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan parkdan (ünvan: V.Qorqasali №4) başyan marafon Rustavi şəhərindəki parkada (ünvan: M.Kostava №12) başa çatacaq. pizza sifarişi

Marafonda yaşı 18-dən yuxarı şəxslər iştirak edirlər. Marafonda 30 kilometr məsafəni uğurla qət edərək ilk üç yeri tutan şəxslər səfirlik tərəfindən diplom və müxtəlif hədiyyələrlə, həmçinin “finish” nöqtəsinə çatan digər müsabiqə iştirakçıları da sertifikatlarla təltif olunacaqlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!