Bu gün Tbilisinin mərkəzi prospektində Rusiya ilə münasibətlərin qurulmasının tərəfdarı və Qərbin təsirinə qarşı olan “Mühafizəkarlar Hərəkatı” və “Alt İnfo” platforması yürüş keçirir.
Yenisabah.az “Novosti-Georgia”ya istinadla xəbər verir ki, etirazçılar parlament binasına doğru irəliləyib. Onlar Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı referendum keçirilməsini tələb ediblər. Eyni zamanda, iştirakçılar Gürcüstan bayraqları altında çıxış edərək “Sakartvelo” şüarını səsləndiriblər.
Aksiyaçılar Tbilisidə “Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı keçirilən etiraz aksiyaları zamanı “Molotov kokteyli” atanların cəzalandırılmasını tələb ediblər. pizza mizza
Etirazçılar parlamentin qarşısında qaldırılmış Aİ bayrağını cırıb, tapdalayıb və yandırıblar. Polis baş verənlərə müdaxilə etməyib.
Telegram kanalımız