TƏBİB 11 yaşlı oğlanın ölümünə aydınlıq gətirdi

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB 11 yaşlı oğlanın ölümünə aydınlıq gətirdi

Sosial

05 Yanvar 2026 16:48 510


Salyan şəhərində 11 yaşlı məktəblinin ölümünün səbəbi məlum olub.

"Yeni Sabah" TƏBİB-ə istinadla xəbər verir ki, yanvarın 4-də saat 17:30 radələrində 2015-ci il təvəllüdlü Elcan Nəcəfov ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Dəqiqləşdirilməmiş hiperqlikemiya diaqnozu ilə azyaşlıya zəruri tibbi xidmətlər göstərilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, yanvarın 5-də 04:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb. Ölümünə ilkin səbəb kimi hipotoniya qeyd olunub. Toyuqlu pizza

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!