Peyvəndlər insanların sosial statusuna görə fərqləndirilmir -   TƏBİB-in departament rəhbəri + Video

saytların hazırlanması

Evə çatdırılma

Peyvəndlər insanların sosial statusuna görə fərqləndirilmir - TƏBİB-in departament rəhbəri + Video

Sağlamlıq

21 Yanvar 2021 13:43 1698


"Son günlər cəmiyyətdə vaksinasiya prosesi ilə bağlı çoxsaylı suallar var. Bir çox mətbuat nümayəndələri səhiyyə sistemi ilə çiyin-çiyinə çalışır, insanlara doğru-dürüst məlumatlar ötürürlər. Hər birinizə sonsuz sayğı və hörmətimizi çatdırırıq. Kimlərsə də bilərəkdən dövlətimiz tərəfindən insanların sağlamlığı naminə həyata keçirilən əvəzsiz işlərə kölgə salmağa çalışır. Hər kəsi əmin edirik ki, Azərbaycana gətirilən peyvəndlər insanların sosial statusuna görə fərqləndirilmir. Yeganə fərqlilik “bəzi insanların” baxış bucağındadır".

Yenisabah.az xəbər verir ki, bu barədə TƏBİB-in departament rəhbəri Aygün Əliyeva bildirib.

O qeyd edib ki, bu gün cəmiyyəti çaşdıran, “like” toplamaq üçün əsassız məlumatlar yayanlara ən tutarlı cavabı Birinci vitse-prezident Mehriban xanım Əliyeva verib. Bildirib ki, virusa qarşı immunitet vaksin tapıldıqdan sonra yaranacaq, biganəliyə qarşı immuniteti isə hər kəs özündə formalaşdırmalıdır. pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!