TƏBİB rəhbəri göstəriş verdi: Əlavə ödənişlə bağlı tələbin qarşısı alınsın

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB rəhbəri göstəriş verdi: Əlavə ödənişlə bağlı tələbin qarşısı alınsın

Siyasət

15 Dekabr 2025 17:59 502


Bəzi müəssisələrdə əlavə ödənişlərin tələb edilməsi, tibbi sərfin vətəndaşa aldırılması, imtiyazlı xəstələrə dərman təminatının qanunvericiliyə uyğun təşkil edilməməsi və s. kimi hallar yolverilməzdir.

"Yeni Sabah" report-a istinadla xəbər verir ki, bu fikirlər TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun rəhbərliyi ilə "İlin yekunlarına və növbəti il üçün qarşıya qoyulan hədəflərə dair" keçirilən müşavirədə səsləndirilib.

Müşavirədə eyni zamanda tibb müəssisələrində tibbi xidmətin təşkilində mövcud çətinliklər, idarəetmə və maliyyə proseslərində rast gəlinən nöqsanlar, həmçinin neqativ hallarla bağlı xəbərdarlıqlar diqqətə çatdırılıb. Dominos pizza

Bununla yanaşı, aparılan yoxlamalarda ayrı-ayrı tibb müəssisələrində sterilizasiya, infeksiyaya nəzarət və keyfiyyət standartlarının tələblərinə tam əməl olunmaması ilə bağlı müşahidələrin qeydə alındığı bildirilib.

Vüqar Qurbanov məsul şəxslərə nəzarətin gücləndirilməsi və aşkarlanan çatışmazlıqların aradan qaldırılması ilə bağlı tapşırıqlar verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!