TƏBİB Vidadi İsgəndərovun ölümünə dair məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB Vidadi İsgəndərovun ölümünə dair məlumat yaydı

Hadisə

06 May 2025 12:42 523


TƏBİB Göyçayda əməliyyat zamanı pasiyentin ölümünün ilkin səbəbini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, ötən gün saat 09:35 radələrində 1974-cü il təvəllüdlü şəxs Göyçay Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə "iki tərəfli varikosel" diaqnozu ilə əməliyyata qəbul edilib.

Əməliyyat öncəsi xəstə bütün laborator və instrumental müayinələrdən keçirilib və əməliyyat üçün hər hansı əks göstəriş aşkar edilməyib. Dördpendirli pizza

Həmin şəxsdə heç bir patoloji hal müşahidə olunmayıb, pasiyentin hemodinamikası stabil olub: "Lakin dəri tikişlərinə başlanılarkən ani ürək dayanması müşahidə edilib. Zəruri tibbi yardımlar və reanimasiya tədbirlərinə baxmayaraq, xəstədə bioloji ölüm baş verib. Ölüm səbəbi kimi "ağciyər arteriyasının trombemboliyası" diaqnozu ehtimal olunur".

Xatırladaq ki, ölən şəxs Ucar rayon sakini, 1974-cü il təvəllüdlü Vidadi İsgəndərovdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!