Ötən həftə dünya liqalarında ən çox azarkeşin stadiondan canlı izlədiyi oyunların siyahısı açıqlanıb.
“Yeni Sabah” xəbər verir ki, siyahıya Təbrizin “Səhənd” stadionunda keçirilən "Traktor" - İstiqlal" görüşü (2:4) başçılıq edir. Sözügedən matçı stadiondan 100 min azarkeş izləyib. "Borussiya" (Dortmund) - "Volfsburq" (Bundesliqa, 80 min 200) ikinci , "Real" - "Betis" (La Liqa, 70 min 375) oyunu siyahıda üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, "Traktor" - İstiqlal" matçında cənublu soydaşlarımız Azərbaycanla, Qarabağla bağlı şüarlar da səsləndirib. Dördpendirli pizza
Telegram kanalımız