“Təəssüf ki, bu istiqamətdə nəzərəçarpan nəticələr olmayıb“ - İlham Əliyev

saytların hazırlanması

Evə çatdırılma

“Təəssüf ki, bu istiqamətdə nəzərəçarpan nəticələr olmayıb“ - İlham Əliyev

Siyasət

02 Dekabr 2019 19:50 1073


"Əlbəttə ki, səfər çərçivəsində biz Ermənistan ilə Azərbaycan arasında münaqişənin nizamlanması problemləri barədə danışacağıq".

"Yeni Sabah" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovu qəbul edərkən deyib. 

Prezident münaqişənin nizamlanmasında nəzərəçarpan nəticələrin olmamasını bildirib: Dominos pizza

"Təəssüf ki, bu istiqamətdə nəzərəçarpan nəticələr olmayıb. Hesab edirəm ki, bunun əsas səbəbi Ermənistan rəhbərliyinin səmərəsiz siyasəti, xüsusən, “Qarabağın Ermənistan olması” barədə bəyanatıdır. Şadam ki, həm sizin tərəfinizdən, həm də digər ölkələrdən olan həmsədrlər tərəfindən, yumşaq desək, bu qəribə bəyanata düzgün qiymət verilib.

Biz Minsk qrupunun həmsədrləri ilə əməkdaşlığı davam etdirəcəyik. Yaxın vaxtlarda Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirlərinin görüşü olacaq. Biz ümidvarıq ki, siz danışıqlar prosesində fəal iştirakınızı davam etdirəcəksiniz. Bir daha xoş gəlmisiniz. Bakıda vaxtınızın xoş keçməsini arzu edirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!