Tehran-23: İrəvan hələ qərar verməyib

saytların hazırlanması

Evə çatdırılma

Tehran-23: İrəvan hələ qərar verməyib

Rəsmi

20 Oktyabr 2023 16:53 714


Rəsmi İrəvan Tehrandan xarici işlər nazirləri səviyyəsində “3+3” formatında görüşə dəvət alıb.

Yenisabah.az “Azadlıq” radiosuna istinadla xəbər verir ki, Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan bu məlumatı təsdiqləyib.

O bildirib ki, İrəvan hələlik təklifə cavab verməyib və məsələ müzakirə olunur. pizza

Bundan əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə “3+3” platformasının regional problemlərin həlli üçün effektiv format olduğunu bildirib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev də yaxın vaxtlarda “3+3” formatında görüşlərin keçiriləcəyini açıqlayıb. Öz növbəsində, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan “3+3” formatında görüşlərə hazır olduğunu vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!