Tehran və İrəvan arasında reyslər ləğv edildi

saytların hazırlanması

Evə çatdırılma

Tehran və İrəvan arasında reyslər ləğv edildi

Dünya

10 Yanvar 2026 18:48 582


Tehran-İrəvan və əks istiqamətdə aviareyslər İrandakı etirazlar fonunda ləğv edilib.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, bu barədə "Zvartnots" aeroportunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə İran paytaxtından reys İrəvan vaxtı ilə saat 17:15-də enməli idi. Tehran istiqamətində olan təyyarə isə saat 18:15-də uçmalı idi. pizza sifarişi

İranda etirazlar 2025-ci ilin dekabrın sonunda yerli valyutanın - İran rialının devalvasiyasına görə başlayıb. İlkin olaraq əsas mövzu mübadilə məzənnəsinin kəskin dəyişməsi və bunun topdansatış və pərakəndə qiymətlərə təsiri idi, lakin sonradan ölkənin bir sıra şəhərlərindəki etiraz aksiyaları polislə toqquşmalara çevrilib. Həm təhlükəsizlik qüvvələri, həm də iğtişaşlarda iştirak edənlər arasında qurbanların olduğu bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!