Tehranda əlilliyi olan şəxslər küçələrə axışdı

saytların hazırlanması

Evə çatdırılma

Tehranda əlilliyi olan şəxslər küçələrə axışdı

Rəsmi

13 Fevral 2023 16:59 745


İranın paytaxtı Tehranda əlilliyi olan şəxslər etiraz aksiyası keçirib. 

“Report” xəbər verir ki, məlumatı “Azad İran” yayıb. 

Bildirilib ki, fevralın 13-də birinci dərəcəli əlilliyi müəyyən edilmiş şəxslər ağır yaşayış şəraitinə, onların bərpasına ayrılmış büdcənin verilməməsinə və bu sosial təbəqədən olan vətəndaşların problemlərinə hökumətin laqeyd munasibətinə etiraz ediblər.  pizza sifarişi

Aksiya iştirakçıları İranın Dövlət Proqram və Büdcə Təşkilatının binası önünə toplaşıb. 

Məlumata görə, Tehran Rabitə İdarəsinin təqaüdçüləri də etiraz aksiyası keçirib. Fevralın 13-də Tehran Rabitə İdarəsinin bir qrup təqaüdçüsünün tələblərinə məhəl qoyulmamasına etiraz olaraq Rabitə Nazirliyinin binası önünə toplaşıblar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!